Quran və Tövratdakı bənzər ifadələrin bir qismi
 
            Hər şeyin bir kitabda yazılı olması:
              TÖVRAT:  Gizli yerdə yaradıldığımda, yerin dərinliklərində toxunduğumda vücudum Səndən  gizli deyildi. Hələ bətndə ikən Gözlərin gördü məni; mənə ayrılan günlərin heç  biri gəlmədən hamısı Sənin kitabına yazılmışdı. (Zəbur, 139:16)
  QURAN:  Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona  qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey  Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın  Yazıda (Lövhi-Məhfuzda) olmasın.  (Yunus  surəsi, 61)
  Allahın hər yerdə iman edənlərlə birlikdə olması:
              TÖVRAT:  "Sənə güclü və ürəkli ol demədimmi? Qorxma, çəkinmə. Çünki Allahın Rəbb  gedəcəyin hər yerdə səninlə birlikdə olacaq". (Yeşua, 1:9)
  QURAN:  (Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! (Taha  surəsi, 46)
              İman edənlərin sayılarının  az olmasına baxmayaraq həmişə qalib gəlmələri:
              TÖVRAT: Quşlular  və luvlular çox sayda döyüş arabaları və atlıları ilə böyük bir ordu  deyildilərmi? Amma sən Rəbbə güvəndin, O da onları sənə təslim etdi. (2  Salnamələr, 16:8)
  QURAN:  ... “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib  gəlmişdir!” Allah səbr edənlərlədir. (Bəqərə surəsi, 249)
  Min illik müddətin Allah qatında bir gün kimi olması:
              TÖVRAT:  Çünki Sənin gözündə min il əslində keçmiş bir gün, dünən kimi, bir gecə keşiyi  kimidir. (Zəbur, 90:4)
  QURAN:  ... Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc  surəsi, 47)
  Günahkarların simalarından tanınması:
              TÖVRAT:  Üzlərindəki ifadə onlara qarşı şahidlik edir. Sodom kimi günahlarını açıq şəkildə söyləyir,  gizləmirlər. Vay onların halına! Çünki bu fəlakəti başlarına özləri gətirdilər.  (Yeşaya, 3:9)
              QURAN: Günahkarlar simalarından tanınacaq, kəkillərindən və  ayaqlarından yaxalanacaqlar. (Rəhman surəsi, 41)
  İnsanın imtahanda olması:
              TÖVRAT: Mən  Rəbb hər kəsi davranışlarına, etdiklərinin nəticəsinə görə mükafatlandırmaq üçün  qəlbi yoxlayar, fikiri sınayaram. (Yeremya, 17:10)
  QURAN:  ... Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə  qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)
  İnkar edənlərin göndərilən elçilərə istehza etmələri:
              TÖVRAT:  Amma onlar Allahın elçilərinə istehza edib sözlərini küçümsədilər,  peyğəmbərlərini alçaltdılar... (2 Padşahlar, 36: 16)
  QURAN:  Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər! (Hicr surəsi, 11)
  Allahın iman edənlərə yaxınlığı, duaları qəbul etməsi:
              TÖVRAT:  Rəbb Özünə yalvaran, səmimiyyətlə yalvaran hər kəsə yaxındır. Diləyini yerinə  yetirər. Özündən qorxanların, fəryadlarını eşidib onları qurtarar. Rəbb qoruyar  Özünü sevən hər kəsi... (Zəbur, 145:18-20)
  QURAN:  (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam.  Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı  qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola  yetişsinlər. (Bəqərə surəsi, 186)
  İnsanın əsl vəzifəsinin Allaha qulluq  olması:
              TÖVRAT: ...  Allahdan qorx və Onun əmrlərini tut; çünki insanın bütün vəzifəsi budur. (Vaiz,  12:13)
  QURAN:  Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət  surəsi, 56 )
                  Qəlblərin qatılaşması:
              TÖVRAT: Müqəddəs Qanunu və hər  şeyə hakim Rəbbin öz Ruhu ilə göndərdiyi, əvvəlki peyğəmbərlər vasitəsilə  çatdırdığı sözləri dinləməmək üçün qəlblərini daş kimi qatılaşdırdılar. Buna  görə hər şeyə hakim Rəbb onlara çox qəzəbləndi. (Zəkəriyyə, 7:12)
  QURAN: Bundan sonra  qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən,  bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və  bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən,  əlbəttə, qafil deyildir! (Bəqərə surəsi, 74)
  İnkar  edənlərin peyğəmbərləri öldürmələri:
              TÖVRAT: ... (Xalq) söz  dinləmədi, Sənə baş qaldırdı. Qanununa arxa çevirdilər, Sənə dönmələri üçün  özlərini xəbərdar edən peyğəmbərləri öldürdülər... (Nehemya, 9:26)
  QURAN: ... Allahın qəzəbinə  düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və  peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə  idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına  görə idi. (Bəqərə surəsi, 61)
  İman  edənlərin Allahın yaratdıqları haqqında dərin düşünmələri:
              TÖVRAT: (Rəbbin) Etdikləri  üzərində dərin düşünəcəyəm, bütün işlərinin üzərində diqqətlə dayanacağam. (Zəbur,  77:12)
  QURAN: O kəslər ki, ayaq  üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin  yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!  Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran  surəsi, 191)
  Allahın  hökmlərini heç kimin dəyişdirə bilməməsi:
              TÖVRAT: Allahın etdiyi hər  şeyin sonsuza qədər sürəcəyini bilirəm. Ona nə bir şey əlavə oluna bilər, nə də  ondan bir şey çıxarıla bilər... (Vaiz, 3:14)
  QURAN: Rəbbinin  sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək  bir kimsə yoxdur. O, eşidəndir, biləndir! (Ənam surəsi, 115)
  Dünyəvi zənginlik axirətdə  adama fayda verməz:
              TÖVRAT: Rəbbin qəzəb günündə  qızılları da, gümüşləri də onları qurtara bilməyəcək… Rəbb ölkədə yaşayanların  hamısını qorxunc bir sona uğradacaq. (Sefenya, 1:18)
  QURAN: Haqqı inkar edənlərin  nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz.  Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar! (Ali-İmran surəsi, 10)
  Allahın  nemətlərinin sayıla bilməyəcək qədər çox olması:
              TÖVRAT: Ya Rəbb, Allahım,  möcüzələrin, düşüncələrin necə də çoxdur bizim üçün; Sənə ortaq qoşulmaz! Eşitdirmək,  bildirmək istəsəm etdiklərini, saymaqla bitməz. (Zəbur, 40:5)
  QURAN: Əgər Allahın  nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah  bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)
  Allahın  dilədiyini ucaldıb, dilədiyini də alçaltması:
              TÖVRAT: Hakim olan ancaq  Allahdır, birisini alçaldar və birisini yüksəldər. (Zəbur, 75:7)
  QURAN: Özlərini təmizə  çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma  çərdəyindəki nazik tel qədər zülm olunmaz!   (Nisa surəsi, 49)
              TÖVRAT: O kimisini yoxsul,  kimisini varlı edər; kimisini alçaldar, kimisini də yüksəldər… Yer üzünün  təməlləri Rəbbindir… (1 Şamuel, 2:7-8)
  QURAN: De: “Ey mülkün sahibi  olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin  şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə  qadirsən! (Ali-İmran surəsi, 26)
  İnsanların  öz etdikləri pisliklərin cəzasını çəkmələri:
              TÖVRAT: Başımıza gələnlərə  etdiyimiz pisliklər və böyük günahımız səbəb oldu. Sən ey Allahımız, bizi layiq  olduğumuzdan daha az cəzalandırdın... (Ezra, 9:13)
  QURAN: Sizə üz verən hər bir  müsibət öz əllərinizlə qazandığınız günahların   ucbatındandır! Allah çoxunu əfv edər. (Şura surəsi, 30)
  Əxlaqsızların  qaş-göz hərəkətləri ilə razılaşmaları:
              TÖVRAT: Ağzında yalanla gəzən  adam mənfur və fəsadçıdır. Göz qırpar, bir çox ayaq və əl-qol hərəkətləri edər.  Əxlaqsız qəlbində pislik hazırlayar, dayanmadan çəkişmə yaradar. (Süleymanın  məsəlləri, 6:12-14)
  QURAN: (Dalda)  qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)
  İnkar  edənlərin göz və qulaq hisslərinin yox olması:
              TÖVRAT: "Get, bu xalqa  bunu eşitdir" dedi, "Eşidib, eşidib, amma anlamayacaqsınız;  baxıb,baxıb, amma görməyəcəksiniz!" (Yeşaya, 6:9)
              TÖVRAT: Rəbb mənə belə  səsləndi: "Adəm oğlu, üsyankar bir xalqın arasında yaşayırsan. Gözləri  varkən görmür, qulaqları varkən eşitmirlər. Çünki bu xalq üsyankardır."  (Yezekel, 12:1-3)
  QURAN: Biz Cəhənnəm üçün bir  çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri  var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan  kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz  onlardır.  (Əraf surəsi, 179)
              TÖVRAT: Ey karlar, eşidin; ey  korlar, baxın görün!... Bir çox şey gördünüz, amma əhəmiyyət vermirsiniz,  qulaqlarınız açıqdır, amma eşitmirsiniz. (Yeşaya, 42:18, 20)
  QURAN Sənmi karlara eşitdirəcəksən, yaxud korları  və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? (Zuxruf surəsi, 40)
  İman  edənlərin pisliyə yaxşılıqla cavab vermələri:
              TÖVRAT: Düşmənin acıbsa, doyur  və susayıbsa, su ver. Bunu etməklə onu utandırarsan və Rəbb səni  mükafatlandırar. (Zəbur, 25:21-22)
  QURAN: Yaxşılıqla pislik  eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan  şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34)
        Allahın ruzi verən olması:
              TÖVRAT: Hər kəsin ümidi  Sənədir, onlara yeməklərini vaxtında verən Sənsən... Bütün canlıları doyurarsan  istədiklərində. (Zəbur 145:15-16)
  QURAN: Yer üzündə elə bir  canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları  yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın  Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)
  Heç bir  şeyin Allahdan gizli qalmaması:
              TÖVRAT: (Allah) Dərin və gizli  şeyləri ortaya çıxarar, qaranlıqda nələr olduğunu bilər, ətrafı işıqla əhatə  edilmişdir. (Daniel, 2:22)
              TÖVRAT: Allah hər işi, hər  gizli şeyi mühakimə edəcək, istər yaxşı və ya istər pis olsun. (Vaiz, 12:14)
              TÖVRAT: Ağılsızlığımı bilirsən  ey Allah, günahlarım Səndən gizli deyil. (Zəbur, 69:5)
  QURAN: Göylərdə, yerdə,  onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur. Sən  ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də,  (bundan) daha gizli olanı da bilir.  (Taha surəsi, 6-7)
  QURAN: Ey Rəbbimiz! Sən  bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi bilirsən. Yerdə də, göydə  də Allahdan gizli heç bir şey qalmaz! (İbrahim surəsi, 38)
  QURAN: İstər  sözünüzü gizli saxlayın, istər açıq deyin. (Allah) ürəklərdə olanları biləndir! (Mülk surəsi, 13)
  Heç kim  başqasının günahı ilə yüklənə bilməz:
              TÖVRAT: … Oğul atasının  günahından məsul ola bilməz, ata da oğlunun günahından məsul ola bilməz. Doğru  adam doğruluğunun, pis adam pisliyinin qarşılığını alacaq. (Yezekel, 18:20)
  QURAN: Doğru yol tutan  yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir  günahkar başqasının günahını daşımaz ... (İsra surəsi, 15)
  Allaha təvəkkül etməyənlərin nümunəsi: 
              TÖVRAT: Allahı unudan hər kəsin  sonu belədir, Allahsız insanın ümidi belə yox olar. Onun güvəndiyi şey məhv  olar, dayağı isə bir hörümçək torudur. Hörümçək toruna söykənər, amma tor  çökər, ona yapışar, amma tor saxlamaz. (Əyyub, 8:13-15)
  QURAN: Allahdan  başqa özlərinə dost qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər.  Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Ənkəbut surəsi 41)
  Yaxşılıq  və ya pislik edənlər qarşılığını alacaqlar:
              TÖVRAT: Düz adama yaxşılıq  görəcəyini söyləyin. Çünki yaxşılıqlarının meyvəsini yeyəcək. Vay pislərin  halına! Pislik görəcək, etdiklərinin qarşılığını alacaqlar. (Yeşaya 3: 10-11)
  QURAN: Yaxşı işlər görənləri  Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz  (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar! Günah qazananlara günahları qədər cəza verilər. Onları  zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara  bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar  cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar! (Yunus surəsi, 26-27)
  Günahkarlar  dərhal cəzalandırılsaydı, yer üzündə heç kim qalmazdı:
              TÖVRAT: Dərinliklərdən Sənə  səslənirəm ya Rəbb... Ya Rəbb, Sən günahların hesabını çəksən, kim həyatda qala  bilər ya Rəbb? (Zəbur, 130:1-3)
  QURAN: Əgər Allah insanları  zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı.  Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda  isə  bircə saat belə nə geri qalar, nə də  irəli keçə bilərlər. (Nəhl surəsi, 61)
  Allahın birliyi:
              TÖVRAT: Sonunda dünyanın bütün  xalqları bilsinlər ki, tək Allah Rəbbdir və Ondan başqa Allah yoxdur. (1  Padşahlar, 8:60)
  QURAN: Sizin ilahınız Tək  olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir.... (Bəqərə  surəsi, 163)
  Allahın əsirgəyən və sevən olması:
              TÖVRAT: ... "Mən  Rəbbəm" dedi, "Rəbb acıyan, lütf edən... sevgisi dərindir... Minlərlə  insana sevgi göstərər, günahlarını və üsyanlarını bağışlayaram…" (Misirdən  çıxış, 34:6)
              TÖVRAT: Bütün günahlarını  bağışlayan… Odur… Rəbb mehriban və lütf edəndir… Sevgisi dərindir. (Zəbur,  103:3-8)
  QURAN: Rəbbinizdən  bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm  edəndir,  sevəndir!” (Hud surəsi, 90)
  QURAN: Çox  bağışlayan, çox sevən də Odur. (Buruc surəsi, 14)
  Allahın  Öz yolunda olanları müvəffəqiyyətə çatdırması:
              TÖVRAT: Allahın Rəbbin verdiyi  vəzifələri yerinə yetir. Onun yollarında get... Allahın qaydalarına,  buyruqlarına, qanunlarına və öyüdlərinə tabe ol ki, etdiyin hər şeydə və  getdiyin hər yerdə müvəffəqiyyətli olasan. (1 Padşahlar, 2: 3)
  QURAN: Kim Allahı, Onun  Elçisini və iman gətirənləri (özünə )dost tutarsa, (bilsin ki,) qələbə çalanlar  da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)
  Allah  yeri, göyü və ikisinin arasındakıları yaradandır:
              TÖVRAT: Yeri, göyü, dənizi və  içindəki hər şeyi yaradan... Odur. (Zəbur, 146:6-7)
  QURAN: Göyləri, yeri və  onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin  Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət  götürməyəcəksiniz? (Səcdə surəsi, 4)
  İman  edənlərin Allaha ümidlə bağlı olmaları:
              TÖVRAT: Ümidini Rəbbə bağla,  güclü və ürəkli ol; ümidini Rəbbə bağla! (Zəbur, 27:14)
              TÖVRAT: Sənə ümid bağlayan heç  kim utanmaz… Mənə gerçək yolunda öndərlik et, öyrət məni; çünki məni qurtaran  Allah Sənsən. Bütün gün ümidim Sənədir. (Zəbur, 25:3-5)
  QURAN: (Qullarıma  mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın  rəhmindən ümidinizi üzməyin... (Zumər  surəsi, 53)
  QURAN: Məgər gecə saatlarını  səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və  Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç  bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb  ibrət alarlar”. (Zumər surəsi, 9)
  Qulaqları və gözləri yaradandır:
              TÖVRAT: Eşidən qulağı da, görən  gözü də Rəbb yaratmışdır. (Süleymanın məsəlləri, 20:12)
  QURAN: Sizə  qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz. (Muminun surəsi, 78)
  Hər  şeyin Allahın əmri ilə bir anda olması:
              TÖVRAT: ... O söyləyincə hər şey  var oldu; O buyurunca hər şey meydana çıxdı. (Zəbur, 33: 9)
  QURAN: Göyləri və yeri icad  edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.  (Bəqərə surəsi, 117)
  Hidayət verən (doğru yola çatdıran)  Allahdır:
              TÖVRAT: Etdiyin hər işdə Rəbbi  an, O, sənin yolunu düzə çıxarar. "Bütün yollarında onu tanı, O da sənin  yollarını yönəldər. (Süleymanın məsəlləri, 3:6)
  QURAN: Doğru yol göstərmək  Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru  yola yönəldərdi. (Nəhl surəsi, 9)
  Allah Özünə sığınılandır:
              TÖVRAT: Belə dedi: "Rəbb  mənim gücüm, sığınacağım, xilaskarımdır... Özünə sığınan hər kəsin qalxanıdır  (qoruyucusudur). (2 Şamuel, 22:2, 31)
              TÖVRAT: Rəbb yaxşıdır,  sığınacaqdır çətinlik anında. Qoruyar Özünə sığınanları. (Nahum, 1:7)
  QURAN: Rəbbinin Kitabından  sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan  başqa heç bir sığınacaq tapa bilməzsən. (Kəhf surəsi, 27)
  QURAN: De: “Həqiqətən, məni  Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa  bilmərəm! (Cinn surəsi, 22)
  Qiyamət günü yer üzünün düzləşməsi:
              TÖVRAT: Hər vadi yüksəldiləcək,  hər dağ və hər təpə alçaldılacaq. Beləliklə, kələ-kötür yerlər düzləşdiriləcək,  sıldırımlı yerlər düzənliyə çevriləcək. O zaman Rəbbin ucalığı görünəcək...  Bunu söyləyən Rəbbdir. (Yeşaya, 40:4-5)
  QURAN: O gün Biz dağları  hərəkətə gətirəcəyik. (O vaxt) yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir  yerə toplayacaq, onlardan heç birini (kənara) buraxmayacağıq. (Kəhf surəsi, 47)
       Yaşadan və öldürən Allahdır:
              TÖVRAT: Artıq anlayın ki, Mən,  bəli Mən Oyam, Məndən başqa Allah yoxdur! Öldürən də, yaşadan da, yaralayan da,  sağaldan da  Mənəm... (Qanunun təkrarı,  32:39)
              TÖVRAT: Rəbb öldürər də,  dirildər də... (2 Şamuel, 2: 6)
  QURAN: Dirildən də, öldürən  də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir.  Məgər dərk etmirsiniz? (Muminun surəsi, 80)
     QURAN: Öldürən də, dirildən də Odur! (Nəcm surəsi, 44)
              Allahın bütün canlıları insanlara nemət  olaraq verməsi:
              TÖVRAT:  Budur, yer üzündə toxum verən hər otu, toxumu meyvəsində olan hər meyvə ağacını  sizə verirəm. Bunlar yeməyiniz olacaq. (Yaradılış, 1:29)
              TÖVRAT: Bütün canlılar  yeməyiniz olacaq. Yaşıl bitkilər olmaqla hamısını sizə verirəm. (Yaradılış,  9:3)
  QURAN: Davarı  da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət  vardır, həm də onlardan yeyirsiniz. (Nəhl surəsi, 5)
  QURAN: Yer  üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət  qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz,  taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur.... (Nəhl surəsi, 13-14)
  Allahın  istədiyini ucaldıb, istədiyini alçaltması; istədiyinə mülk verməsi:
              TÖVRAT: Hakim olan ancaq  Allahdır, birisini alçaldar və birisini yüksəldər. (Zəbur, 75:7)
              TÖVRAT: O, kimisini yoxsul,  kimisini varlı edər; kimisini alçaldar, kimisini yüksəldər. Yer üzünün  təməlləri Rəbbindir. (1 Şamuel, 2:7-8)
  QURAN: De: “Ey mülkün sahibi  olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və  istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər  şeyə qadirsən! (Ali-İmran surəsi, 26)
  QURAN: Özlərini təmizə  çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma  çərdəyindəki nazik tel qədər zülm olunmaz! (Nisa surəsi, 49)
  İman  edənlərin Allahdan başqa heç kimdən qorxmaması:
              TÖVRAT: Qüvvətli və ürəkli  olun, çəkinməyin və onların üzlərindən qorxmayın, çünki səninlə birlikdə gedən  (sənə dəstək olan) Allahın Rəbbdir, səni boşa çıxarmaz və səni buraxmaz.  (Qanunun təkrarı, 31:6)
              TÖVRAT: ... Və sənin qarşında  gedən (sənə yol göstərən) Rəbbdir. O, səninlə olacaq, səni boşa çıxarmaz və  səni buraxmaz, çəkinmə və qorxuya düşmə. (Tensiye 31:8)
              TÖVRAT: Güclü və ürəkli olun!  Asar şahından və yanındakı böyük ordudan qorxmayın, çəkinməyin. Çünki bizimlə  olan, onunla olandan daha üstündür. (2 Salnamələr, 32: 7) 
  QURAN: Onlar dedilər: “Ey  Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından  qorxuruq”. (Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və  görürəm! (Ta ha surəsi, 45-46) 
  QURAN: Həqiqətən də:  “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub  (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!  (Fussilət surəsi, 30)
  Göylərdəki nizam:
              TÖVRAT: Başınızı qaldırıb  göylərə baxın. Kim yaratdı bütün bunları? Ulduzları sıra ilə aşkar edir, hər  birini adı ilə çağırır. Böyük qüdrəti, üstün gücü sayəsində hamısı  yerində dayanır. (Yeşaya, 40:26)
  QURAN: Yeddi  göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında  qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç  onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun  halda özünə tərəf dönəcəkdir. (Mülk  surəsi, 3-4)
  Allahın insana şəkil verməsi:
              TÖVRAT: ... Ey ağılsız və  müdriklikdən məhrum xalq! Sizi yaradan, sizə şəkil verən... Yaradıcınız O  deyilmi? (Qanunun təkrarı, 32:6)
  QURAN: Mən ona biçim verib  Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 29)
