Tövratda Qurana uyğun əmr və qadağalar
 
      Yalan danışmamaq
... Bir-birinizə yalan danışmayacaqsınız.  Mənim adımla yalan yerə and içməyəcəksiniz... (Levililər, 19:11-12)
              Qonşuna qarşı yalan yerə şahidlik  etməyəcəksən. (Misirdən çıxış, 20:16; Qanunun təkrarı, 5:20)
              Yalandan uzaq durub günahsız və düz adamı  öldürməyəcəksiniz. Çünki Mən pis adamı bağışlamam. (Misirdən çıxış, 23:7)
              Yalan xəbər daşımayacaqsan, haqsız şahid  olmaq üçün pisə əl verməyəcəksən. Pislik üçün çoxluğun arxasında olmayacaqsan  və bir mühakimədə ədaləti pozmaq üçün çoxluğun tərəfini tutub  söyləməyəcəksən... (Misirdən çıxış, 23:1-2) 
              İtmiş bir əşya tapıb yalan danışsa, yalan  yerə and içsə, yəni insanların işləyə biləcəyi bu günahlardan birini işləsə,  günah işləmiş olar və günahkar sayılar... (Levililər 6:3-4)
              ... Geridə qalanlar haqsızlıq etməyəcək,  yalan danışmayacaq, kimsəni aldatmayacaq, tox qarınla yatacaqlar və onları  qorxudan olmayacaq. (Sefenya, 3:13)
Oğurluq etməmək
Oğurlamayacaqsan. (Misirdən çıxış, 20:15;  Qanunun təkrarı, 5:19)
              Oğurlamayacaqsınız. Hiylə etməyəcəksiniz.  Bir-birinizə yalan danışmayacaqsınız. (Levililər, 19:11)
              ... Evlərə oğru girir, çöldə quldur  dəstələri soyğunçuluq edir. Lakin düşünmürlər pisliklərini unutmadığımı.  Günahları onları sarımışdır, gözümün önündədirlər. (Huşə, 7:1-2)
              Oğurlamaq, adam öldürmək, zina etmək, yalan  yerə and içmək, saxta tanrıya büxur yandırmaq, tanımadığınız başqa ilahların  ardınca getmək, bütün bu iyrənc işləri etmək üçünmü Mənə aid olan məbədə gəlib  önümdə dayanırsınız və təhlükəsizlikdə olduğunuzumu deyirsiniz? (Yeremya,  7:9-10)
              Oğruya ortaq olanın düşməni özüdür...  (Süleymanın məsəlləri, 29:24)
Donuz əti yeməmək
Donuz cüt və yarıq dırnaqlıdır, amma  gövşəməz. Sizin üçün natəmiz sayılır. Bu heyvanların ətini yeməyəcək, leşinə  toxunmayacaqsınız, sizin üçün natəmizdir. (Levililər, 11:7-8)
              ... Donuz əti yeyərlər; qablarında haram ət  var. (Yeşaya, 65:4)
  "... Donuz, siçan və digər iyrənc  heyvanların ətini yeyənlərin ortasında duranı izləyənlər birlikdə yox  olacaqlar" deyir Rəbb. (Yeşaya, 66:17)
Faizlə pul işlətməmək
Qardaşınıza pul, yemək və ya faiz gətirən  başqa bir şey borc verdiyinizdə ondan faiz almayacaqsınız. (Qanunun təkrarı,  23:19)
              ... Aranızda yaşayan bir yoxsula borc pul  versəniz, ona sələmçi kimi davranmayacaqsınız. Üzərinə faiz əlavə  etməyəcəksiniz. (Misirdən çıxış, 22:25)
              Ondan faiz və qazanc götürmə. Allahından  qorx ki, qardaşın yanında həyatını davam etdirə bilsin. Ona faizlə pul  verməyəcəksən. Borc verdiyin yeməkdən qazanc götürməyəcəksən. (Levililər,  25:36-37)
              Pulunu faizə verməz... Belə yaşayan əsla  sarsılmayacaq. (Zəbur, 15:5)
              Qardaşlarım, adamlarım və mən borc olaraq  xalqa pul və buğda veririk. Gəlin faiz götürməkdən imtina edək! (Nehemya, 5:10)
              Deyək ki, ədalətli və doğru olanı edən  doğru bir adam var... Faizlə pul verməz. (Yezekel, 18:5, 8)
Fal, cadu kimi işlərlə məşğul olmamaq
… Kəhanətlə məşğul olmayacaqsınız, falçılıq  etməyəcəksiniz. (Levililər, 19:26)
              … Fala baxmaq üçün istifadə etdiyi kasa  deyilmi bu? Bunu etməklə pislik etdiniz. (Yaradılış, 44:5)
              Aranızda… falçı, cadugər, tilsimçi, kahin,  ruh çağıran və ya ölülərin ruhlarından soruşan kimsə olmasın. Çünki Rəbb  bunları edənlərə nifrət edir. Allahınız Rəbb bu pis adətləri üzündən bu  xalqları önünüzdən qovacaq. (Qanunun təkrarı, 18:10-12)
              Ölkələrini alacağınız xalqlar cadugərlərin,  falçıların öyüdünə qulaq asırlar. Amma Allahınız Rəbb buna izin vermir.  (Qanunun təkrarı, 18:14)
              ... Falçılıq, cadugərlik etdilər. Rəbbin  gözündə pis olanı etdilər... (2 Padşahlar, 17:17)
              Mən söyləmədiyim halda Rəbbin sözü olduğunu  deyirsiniz. Halbuki baxıcılığınız uydurma, etdiyiniz falçılıq yalan deyilmi?  Buna görə hakim Rəbb belə deyir: Söylədiyiniz mənasız sözlər, gördüyünüz yalan  fikirlərdən ötrü sizə qarşıyam. Belə deyir hakim Rəbb. Əlim uydurma baxıcılıq  və yalan falçılıq edən peyğəmbərlərə qarşı olacaq... Bir daha uydurma baxıcılıq  və falçılıq etməyəcəksiniz... (Yezekel, 13:7-9, 23)
              Sizə gəlincə... falçılarınızı, yuxu  yozanlarınızı, kahinlərinizi, cadugərlərinizi dinləməyin!... (Yeremya, 27:9)
              Sizinlə bağlı baxıcılıq hiylədir, açılan  fal yalandır... Onların günü yaxınlaşdı, sonunda mühakimə günləri gəldi. (Yezekel,  21:29)
              Cadu etmək gücünüzü qıracağam, aranızda  falçı qalmayacaq. Bütlərinizi, ucaldılmış daşlarınızı götürüb atacağam.  Əllərinizlə düzəltdiyiniz bütlərə artıq tapınmayacaqsınız... Söz dinləməyən  xalqları hirs və qəzəblə cəzalandıracağam. (Mikeya, 5:12-15)
              ... Sizə uydurma fikirlərdən, falçılıqdan,  boş şeylərdən, ağıllarından keçən xəyallardan danışırlar... Etdikləri pisliyi  öz başlarına gətirəcəyəm. (Yeremya, 14:14-16)
Rüşvət almamaq
Mühakimə edərkən haqsızlıq etməyəcək,  kimsəni aldatmayacaqsınız. Rüşvət almayacaqsınız. Çünki rüşvət müdrik adamın  gözlərini kor edər, haqlını haqsız çıxarar. (Qanunun təkrarı, 16:19; Misirdən  çıxış, 23:8)
              Günahsız birini öldürmək üçün rüşvət alana  lənət olsun! (Qanunun təkrarı, 27:25)
              Amma düz yolda gedib doğru-dürüst danışan,  zülmlə əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan... yüksəklərdə  oturacaq… Çörəyi veriləcək, heç susuz qalmayacaq. (Yeşaya, 33:15-16)
              Çünki üsyanlarınızın çox, günahlarınızın  saysız olduğunu bilirəm ey doğru adamı sıxışdıran, rüşvət alan, məhkəmədə  məzlumun haqqını yeyənlər! (Amos, 5:12)
              ... Günahsıza qarşı rüşvət almaz. Belə  yaşayan əsla sarsılmayacaq. (Zəbur, 15:5)
              ... Rüşvət uğruna pisi haqlı çıxaranların,  haqlıların haqqını əlindən alanların vay halına! (Yeşaya, 5:22-23)
              Ona görə Rəbbdən qorxun, diqqətlə mühakimə  edin. Çünki Allahımız Rəbb kimsənin haqsızlıq etməsinə, birisini aldatmasına,  rüşvət almasına göz yummaz. (2 Salnamələr, 19:7)
              Diqqət yetir, pul səni başdan çıxarmasın,  böyük  rüşvət səni sapdırmasın. (Əyyub,  36:18)
Hiylə etməmək
… Hiylə etməyəcəksiniz… (Levililər, 19:11)
              Günahı Rəbb tərəfindən sayılmayan, ruhunda  hiylə olmayan insana nə xoş! (Zəbur, 32:2)
              Yaxşı adam Rəbbin lütfünə çatar, amma  hiyləgəri Rəbb məhkum edər. (Süleymanın məsəlləri, 12:2)
Cinayət işləməmək
Adam öldürməyəcəksən. (Misirdən çıxış,  20:13; Qanunun təkrarı, 5:17)
              Yalandan uzaq duracaq, günahsız və doğru  adamı öldürməyəcəksiniz. Çünki Mən pis adamı bağışlamam. (Misirdən çıxış, 23:7)
              Oğurlamaq, adam öldürmək, zina etmək, yalan  yerə and içmək, saxta tanrıya büxur yandırmaq, tanımadığınız başqa ilahların  ardınca getmək, bütün bu iyrənc işləri etmək üçünmü Mənə aid olan məbədə gəlib  önümdə dayanırsınız və təhlükəsizlikdə olduğunuzumu deyirsiniz? (Yeremya,  7:9-10)
              Oğlum, səni yoldan çıxarmağa çalışan  günahkarlara təslim olma. Belə deyə bilərlər: "Bizimlə gəl, adam öldürmək  üçün pusquda duraq, zövq üçün günahsızları tələyə salaq". (Süleymanın  məsəlləri, 1:10-11)
Zina etməmək
Zina etməyəcəksən. (Misirdən çıxış, 20:14;  Qanunun təkrarı 5:18)
              Etdikləri işlər Allahlarına dönməyə imkan  vermir, çünki zina ruhu var içlərində, Rəbbi tanımırlar. (Huşə, 5:4)
              ... Zina ruhu onları sapdırdı, öz  Allahlarından ayrılıb zina etdilər. (Huşə, 4:12)
              ... O biri xalqlar kimi sevinmə, coşma!  Çünki öz Allahına vəfasızlıq edərək zina etdin, xırman yerlərinin hamısında  zina qazancına könül verdin. (Huşə, 9:1)
              ... Ölkə zina edənlərlə doludur...  İzlədikləri yol pisdir... (Yeremya, 23:10)
              Zina edən adam ağıldan məhrumdur. Etdikləri  ilə özünü yox edər. Payına düşən dayaq və namussuzluqdur, əsla xilas ola bilməz  rüsvayçılıqdan. (Süleymanın məsəlləri, 6:32-33)
              Zina edənin gözü alaqaranlıqdadır,  "Məni kimsə görməz" deyə düşünər... Qaranlığın dəhşəti ilə  dostdurlar. (Əyyub 24:15-17)
Livatanın qadağan edilməsi
Bir kişi başqa bir kişi ilə cinsi əlaqəyə  girsə, ikisi də iyrənclik etmiş olar... (Levililər, 20:13)
              Qadınla yatırmış kimi bir kişi ilə yatma.  Bu iyrənc işdir. (Levililər, 18:22)
Qanın qadağan olması
… Qan yeməyəcəksiniz. Yaşadığınız hər yerdə  nəsillər boyu bu qanun həmişə etibarlı olacaq. (Levililər, 3:17)
              Harada yaşayırsınız yaşayın, heç bir quşun,  yaxud heyvanın qanını yeməyəcəksiniz. (Levililər, 7:26)
              Amma qan yeməməyə diqqət yetirin… Qan  yeməməlisiniz… Qan yeməyəcəksiniz. Belə ki, sizə və sizdən sonra gələn  uşaqlarınıza yaxşılıq gəlsin. Beləcə, Rəbbin gözündə doğru olanı etmiş  olarsınız. (Qanunun təkrarı, 12:23-25)
              Ancaq qan yeməyəcəksiniz… (Qanunun təkrarı,  15:23)
Ölü heyvan ətinin qadağan olması
Ölü tapılmış və ya vəhşi heyvanlar  tərəfindən parçalanmış bir leşi yeyib özünü kirlətməyəcək. Rəbb Mənəm. Kahinlər  buyruqlarıma uymadılar... (Levililər, 22:8-9)
              Kahinlər ölü tapılmış, yaxud vəhşi heyvan  tərəfindən parçalanmış heç bir quşu və heyvanı yeməyəcək. (Levililər, 44:31)
              Özlüyündən ölən heç bir heyvanın ətini  yeməyəcəksiniz… (Qanunun təkrarı, 14:21)
