Tövratda Allahın sifətləri
 
            Tövratda Allahın birliyi
Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur... şərqdən qərbə qədər Məndən başqası olmadığını hər kəs bilsin. Rəbb Mənəm, başqası yoxdur. (Yeşaya 45:5-6)
              … Allah Mənəm, başqası  yoxdur. Allah Mənəm, bənzərim yoxdur. (Yeşaya, 46:9)
              Sonda dünyanın bütün  xalqları bilsinlər ki, tək Allah Rəbbdir və Ondan başqa Allah yoxdur. (1  Padşahlar, 8:60)
              Ey dünyanın dörd bucağındakılar,  Mənə dönün, xilas olarsınız. Çünki Allah Mənəm, başqası yoxdur. (Yeşaya, 45:22)
              Rəbb deyir ki, "...  Allah tək sizinlədir, başqası, başqa Allah yoxdur". (Yeşaya, 45:14)
              … Allahımız Rəbb tək  Rəbbdir. (Qanunun təkrarı, 6:4)
              … ya Rəbb, bənzərsizdir  işlərin. Yaratdığın bütün xalqlar gəlib Sənə tapınacaqlar, ya Rəbb, adını  ucaldacaqlar. Çünki Sən ulusan, möcüzələr yaradarsan, tək Allah Sənsən. (Zəbur,  86:8-10)
              … Hər şeyə hakim Rəbb,  bütün dünya padşahlıqlarının tək Allahı Sənsən. Yeri-göyü Sən yaratdın.  (Yeşaya, 37:16)
              … bütün dünya padşahlıqları  Sənin tək Rəbb olduğunu anlasın. (Yeşaya, 37:20)
              Sizi qurtaran, sizə  rəhmdə quruluş verən Rəbb deyir ki, "Hər şeyi yaradan, göyləri tək olaraq  genişləndirən, yer üzünü tək olaraq sərən…" (Yeşaya, 44:24)
              Çünki Özünə ümid  bağlayanlar üçün təsirli olan tək Allah Sənsən; Səndən başqasını heç vaxt heç  kim eşitmədi, heç bir qulaq eşitmədi, heç bir göz görmədi. (Yeşaya, 64:4)
              Çünki göyləri yaradan  Rəbb, dünyanı yaradıb formalaşdıran, gücləndirən, üzərində yaşayış olmasın deyə  deyil, yaşayış olsun deyə formalaşdıran Rəbb (Allah Odur) belə deyir:  "Rəbb Mənəm, başqası yoxdur" (Yeşaya, 45:18)
              ... Mən Rəbb  bildirmədimmi? Məndən başqa Allah yoxdur, ədalətli  Allah və xilaskar Mənəm. Yoxdur Məndən  başqası. (Yeşaya, 45:21)
              Artıq anlayın ki, Mən,  bəli Mən Oyam, Məndən başqa Allah yoxdur! Öldürən də, yaşadan da, yaralayan da,  yaxşılaşdıran da Mənəm... (Qanunun təkrarı, 32:39)
              … Beləcə, biləcəksən ki,  Allahımız Rəbb kimisi yoxdur. (Misirdən çıxış, 8:10)
              Ya Rəbb… yerdə və göydə  Sənə bənzər başqa Allah yoxdur… (1 Padşahlar, 8:23; 2 Salnamələr, 6:14)
              Asa Allahı Rəbbə "Ya  Rəbb, güclünün önündə gücsüzə kömək edə biləcək Səndən başqa kimsə yoxdur"  deyə yalvardı… (2 Salnamələr, 14:11)
              Mən, təkcə Mən Rəbbəm,  Məndən başqa xilaskar yoxdur. (Yeşaya, 43:11)
              Ya Rəbb, bir bənzərin  yoxdur, Səndən başqa Allah da yoxdur! Bunu öz qulaqlarımızla eşitdik. (1  Salnamələr, 17:20; 2 Şamuel, 7:22)
              Müqəddəslikdə Rəbbin  bənzəri yoxdur; bəli, Sənin kimisi yoxdur ya Rəb! Allahımız kimi dayaq yoxdur.  (1 Şamuel, 2:2)
              Onun bilgisi dərin, gücü  bənzərsizdir, kim Ona müqavimət göstərdi ki, ayaq üstə qaldı? (Əyyub, 9:4)
              … Sən ulusan, möcüzələr  yaradarsan, tək Allah Sənsən. (Zəbur, 86:10)
              Təriflər söyləyin Ona  güclü işləri üçün! Təriflər söyləyin Ona, bənzərsiz böyüklüyünə yaraşan  şəkildə! (Zəbur, 150:2)
              Xalq belə dua etdi:  "Tək Rəbb Sənsən. Göyləri, göylərin göylərini, bütün göy cisimlərini, yer  üzünü və içindəki hər şeyi, dənizləri və içlərindəki hər şeyi Sən yaratdın.  Hamısına Sən can verdin. Bütün göy cisimləri Sənə tapınar". (Nehemya, 9:6)
              Mənim üçün belə  deyəcəklər: "Doğruluq və güc tək Rəbbdədir…" (Yeşaya, 45:24)
              Bu hadisələr Rəbbin Allah  olduğunu və Ondan başqası olmadığını biləsiniz deyə sizə göstərildi. (Qanunun  təkrarı, 4:35)
              ... Məndən başqa Allah  varmı? Xeyr, başqa güc yoxdur; Mən başqasını bilmirəm. (Yeşaya, 44:8)
Tövratda Allahın əzəli və əbədi olması
… Hər şeyə hakim Rəbb deyir ki, "İlk və son  Mənəm, Məndən başqa Allah yoxdur". (Yeşaya, 44:6)
              Bunları edib reallaşdıran, nəsilləri başlanğıcdan  bəri çağıran kimdir? Mən Rəbb ilkəm; sonuncularla da yenə Mən olacağam".  (Yeşaya, 41:4)
              Ya Rəbb, müqəddəs Allahım, əzəldən bəri var olan  Sən deyilsənmi?... (Habaqquq, 1:12)
              Allahın etdiyi hər şeyin sonsuza qədər sürəcəyini  bilirəm. Ona nə bir şey əlavə oluna bilər, nə də ondan bir şey çıxarıla  bilər.  Allah insanların Özünə hörmət  etmələri üçün bunu edir. (Vaiz, 3:14)
              Dağlar var olmadan, hələ kainatı və dünyanı  yaratmadan əzəldən sonsuza qədər Allah Sənsən. (Zəbur, 90:2)
              Ey Allah, taxtın sonsuzluqlar boyunca əbədidir… (Zəbur,  45:6)
              Uca və əzəmətli olan, sonsuzluqda yaşayan, adı  Müqəddəs olan deyir ki… (Yeşaya, 57:15)
              Belə dedi: "Allahın adına əzəldən sonsuza  qədər təriflər olsun! Müdriklik və güc Ona məxsusdur". (Daniel, 2:20)
              O, hər şeyi vaxtında gözəl etdi. İnsanların  qəlbinə sonsuzluq anlayışını qoydu. Yenə də insan Allahın etdiyi işi əvvəldən  sona qədər anlaya bilməz. (Vaiz, 3:11)
              … O yaşayan Allahdır, sonsuza qədər var olacaq…  Hakimliyi sona çatmayacaq. (Daniel, 6:26)
  "… Rəbbə əzəldən sonsuza qədər təriflər  olsun!" (1 Salnamələr, 16:6)
              … Sən sonsuza qədər ucasan ya Rəbb. (Zəbur, 92:8)
              Ot quruyar, çiçək solar, amma Allahımızın sözü  sonsuzadək qalar. (Yeşaya, 40:8)
Tövratda Allahın hər şeyin yaradıcısı olması
Başlanğıcda Allah göyü və yeri yaratdı. Yer boş  idi, yer üzünün şəkli yox idi; hüdudsuz qaranlıqlarla örtülmüşdü. Allahın ruhu  suların üzərində dalğalanırdı. Allah, "İşıq olsun" deyə buyurdu və  işıq oldu. (Yaradılış, 1:1-3)
              Allah "Suların ortasında bir qübbə olsun,  suları bir-birindən ayırsın" deyə buyurdu. Və elə oldu. Allah göy  qübbəsini yaratdı. Qübbənin altındakı suları üstündəki sulardan ayırdı.  (Yaradılış, 1:6-7)
              Allah "Göyün altındakı sular bir yerə  toplansın, quru torpaq görünsün" deyə buyurdu və elə oldu. (Yaradılış,  1:9)
              Allah "Yer üzü bitkilər, toxum verən otlar,  növünə görə toxumu meyvəsində olan meyvə ağacları çıxarsın" deyə buyurdu  və elə oldu. Yer üzü bitkilər, növünə görə toxum verən otlar, toxumu meyvəsində  olan meyvə ağacları yetişdirdi… (Yaradılış, 1:11-12)
              Allah belə buyurdu: "Göy qübbəsində gündüzü  gecədən ayıran, yer üzünü işıqlandıran işıqlar olsun. Əlamətləri, mövsümləri,  günləri, illəri göstərsin". Və elə oldu. Allah böyüyü gündüzə, kiçiyi  gecəyə hakim olan iki böyük işığı və ulduzları yaratdı. (Yaradılış, 1:14-16)
              …"Yeri, göyü yaradan uca Allah Rəbbin  qarşısında… and içirəm"… (Yaradılış, 14:22)
              Allah "Sular canlı varlıqlarla dolub daşsın,  yerin üzərində, göydə quşlar uçuşsun" deyə buyurdu. Allah böyük dəniz  canavarlarını, sularda qaynaşan canlıları və uçan müxtəlif varlıqları yaratdı…  (Yaradılış, 1:20-21)
              Allah "Yer üzü növbənöv canlı varlıq, ev  heyvanı, vəhşi heyvan və sürünən törətsin" deyə buyurdu. Və elə oldu.  Allah növbənöv vəhşi heyvan, ev heyvanı və sürünən yaratdı… (Yaradılış,  1:24-25)
              Allah "İnsanı… yaradaq" dedi,  "Dənizdəki balıqlara, göydəki quşlara, ev heyvanlarına, sürünənlərə, bütün  yer üzünə hakim olsun". Allah insanı… yaratdı. Beləcə, insan… yaradılmış  oldu. İnsanları kişi və qadın olaraq yaratdı. (Yaradılış, 1:26-27)
  "Varmı Sənin kimisi ilahlar arasında ya Rəbb?  Sənin kimi müqəddəslikdə əzəmətli, heybəti ilə tərifəlayiq möcüzələr yaradan  varmı? (Misirdən çıxış, 15:11)
              … Sizi yaradan, sizə quruluş verən… Yaradıcınız O  deyilmi? (Qanunun təkrarı, 32:6)
              Eşidən qulağı da, görən gözü də Rəbb yaratmışdır.  (Süleymanın məsəlləri, 20:12)
              … Özünü yaradan Allaha arxa çevirdi... (Qanunun  təkrarı, 32:15)
              … Səni yaradan Allahı unutdun. (Qanunun təkrarı,  32:18)
              … Yeri, göyü yaradan uca Allah… (Yaradılış, 14:19)
              Xalqların bütün ilahları bir heçdir, halbuki  göyləri yaradan Rəbbdir. (1 Salnamələr, 16:26)
              Böyük Ayını, Orionu, Ülkəri, Cənub bürcünü yaradan  Odur. (Əyyub, 9:9)
              Məni ana qarnında yaradan onu da yaratmadımı? Rəhmdə  bizə quruluş verən O deyilmi? (Əyyub, 31:15)
              Hər kəsin ürəyini yaradan, etdikləri hər şeyi çəkən  Odur. (Zəbur, 33:15)
              … Möcüzələr yaradan tək Odur. (Zəbur, 72:18)
              Yer üzünün bütün sərhədlərini Sən təyin etdin; yazı  da, qışı da yaradan Sənsən. (Zəbur, 74:17)
              Möcüzələr yaradan Allah Sənsən… gücünü göstərdin. (Zəbur,  77:14)
              … Bizi yaradan Rəbbin qarşısında diz çökək. (Zəbur,  95:6)
              Xalqların bütün ilahları bir heçdir, halbuki göyləri  yaradan Rəbdir. (Zəbur, 96:5)
              Bilin ki, Rəbb Allahdır. Bizi yaradan Odur, biz də  Onunuq, Onun xalqı, otlağının qoyunlarıyıq. (Zəbur, 100:3)
              Yeri, göyü yaradan Rəbb sizləri müqəddəs hesab etsin.  (Zəbur, 115:15)
              Yeri, göyü yaradan Rəbbdən gələcək kömək. (Zəbur,  121:2)
              Yeri, göyü yaradan Rəbbin adı Köməkçimizdir. (Zəbur,  124:8)
              Yeri, göyü, dənizi və içindəki hər şeyi yaradan… (Zəbur,  146:6)
              Ana rəhmindəki uşağın necə ruh və bədən aldığını  bilmədiyin kimi, hər şeyi yaradan Allahın etdiklərini də bilə bilməzsən. (Vaiz,  11:5)
              Bilmirsənmi, eşitmədinmi? Əbədi Allah, Rəbb, bütün  dünyanı yaradan nə yorular, nə də zəifləyər, Onun bilgisi qavrana bilməz.  (Yeşaya, 40:28)
              … Səni yaradan… sənə quruluş verən Rəbb indi belə  deyir… (Yeşaya, 43:1)
              Səni yaradan, rəhmdə sənə quruluş verən, sənə kömək  edəcək olan Rəbb belə deyir… (Yeşaya, 44:2)
              Sizi qurtaran, sizə rəhmdə quruluş verən Rəbb deyir  ki, "Hər şeyi yaradan, göyləri yalnız olaraq genişləndirən, yer üzünü  yalnız olaraq sərən…" (Yeşaya, 44:24)
              İşığı formalaşdıran, qaranlığı yaradan, xoşbəxtlik və  fəlakəti yaradan, bütün bunları edən Rəbb Mənəm. (Yeşaya, 45:7)
              Sizi yaradan, göyləri genişləndirən, dünyanın  təməllərini qoyan Rəbbi necə olur ki, unudursunuz?... (Yeşaya, 51:13)
              Gücü ilə yer üzünü yaradan, müdrikliyi ilə dünyanı  quran, ağlı ilə göyləri yayan Rəbbdir. (Yeremya, 10:12)
              Dünyanı yaradan, yerini alsın deyə ona quruluş verən,  adı Rəbb olan belə deyir… (Yeremya 33:2)
              Çünki dağlara quruluş verən, küləyi yaradan, niyyətini  insana bildirən, şəfəqi qaranlığa çevirən, dünyanın yüksək yerlərinə ayaq basan  bax, Odur; Onun adı Rəbb, Hər şeyə hakim Allahdır. (Amos, 4:13)
              Ülkər və Orion bürclərini yaradan, zülmət qaranlığı  səhərə çevirən, gündüzü gecə ilə qaraldan, dəniz sularını gətirib yer üzünə  tökənin adı Rəbbdir. (Amos, 5:8)
              … "Dənizi və qurunu yaradan göylərin Allahı Rəbbə  tapınıram." (Yunus, 1:9)
              Xalq belə dua etdi: "Tək Rəbb Sənsən. Göyləri,  göylərin göylərini, bütün göy cisimlərini, yer üzünü və içindəki hər şeyi,  dənizləri və içlərindəki hər şeyi Sən yaratdın. Hamısına Sən can verdin. Bütün  göy cisimləri Sənə tapınar". (Nehemya, 9:6)
Tövratda Allahın hər şeyi görən, eşidən və bilən olması
Oturub-durmağımı bilərsən, niyyətimi uzaqdan  anlayarsan. Getdiyim yolu, yatdığım yeri incəliklə ələyərsən, bütün  etdiklərimdən xəbərin var. Hələ sözü ağzıma almadan söyləyəcəyim hər şeyi  bilərsən ya Rəbb. (Zəbur, 139:2-4)
              Qulağı yaradan eşitməzmi? Gözə quruluş verən görməzmi?  (Zəbur, 94:9)
              Artıq böyük danışmayın, ağzınızdan həyasızca sözlər  çıxmasın. Çünki Rəbb hər şeyi bilən Allahdır… (1 Şamuel, 2:3)
              Halbuki Sən çətinlik və acı çəkənləri görərsən, kömək  etmək üçün onları izləyərsən; çarəsizlər Sənə arxalanar, yetimin köməkçisi  Sənsən. (Zəbur, 10:14)
              Öyüdlərini, şərtlərini tətbiq edirəm, çünki bütün  davranışlarımı görürsən Sən. (Zəbur, 119:168)
              Səhər səsimi eşidirsən ya Rəbb, hər səhər Sənə dua  edir, ümidlə gözləyirəm. (Zəbur, 5:3)
              Məzlumların diləyini eşidərsən ya Rəb, ürəkləndirərsən  onları, qulağın həmişə üzərlərindədir... (Zəbur, 10:17)
              ... İnsanların ürəklərini yalnız Sən bilirsən… (1  Padşahlar, 8:39)
              Ya Rəbb, bütün həsrətlərimi bilirsən, iniltilərim  Səndən gizli deyil. (Zəbur, 38:9)
              … gedəcəyim yolu Sən bilirsən… (Zəbur, 142:3)
              Məni tanıyırsan ya Rəbb, məni görür, ürəyimin Səninlə olduğunu  bilirsən… (Yeremya, 12:3)
              …Dodaqlarımdan çıxan hər sözü bilirsən ya Rəbb. O söz  onsuz da Sənin ağzında idi. (Yeremya, 17:16)
              ... "Etdiyin hər şeydə Allah səninlədir"  dedilər. (Yaradılış; 21:22)
  "Sən ey oğlum Süleyman, atanın Allahını tanı.  Bütün ürəyinlə və istəklə Ona qulluq et. Çünki Rəbb hər ürəyi araşdırar, hər fikirin  ardındakı məqsədi təyin edər. Əgər Ona yönəlsən, Özünü sənə tapdırar. Amma Onu  buraxsan, səni sonsuza qədər rədd edər". (1 Salnamələr, 28:9)
  "… Yanımızda heç kim olmasa belə, Allah şahid  olacaq". (Yaradılış, 31:50)
              Allahdır zaman və mövsümləri dəyişdirən. Padşahları  taxtdan endirər, taxta çıxarar. Müdriklərə müdriklik, anlayışlı olanlara bilgi  verər. Dərin və gizli şeyləri ortaya çıxarar, qaranlıqda nələr olduğunu bilər…  (Daniel, 2:21-22)
  "Ağılsızlığımı bilirsən ey Allah, günahlarım  Səndən gizli deyil". (Zəbur, 69:5)
              Gizli yerdə yaradılanda, yerin dərinliklərində  hörüləndə bədənim Səndən gizli deyildi. (Zəbur, 139:15)
              Oturub-durmağımı bilirsən, niyyətimi uzaqdan  anlayarsan… Bütün etdiklərimdən xəbərin var. Hələ sözü ağzıma almadan  söyləyəcəyim hər şeyi bilirsən ya Rəbb. Məni hər tərəfdən əhatə etdin… (Zəbur,  139:2-5)
              Allah hər işi, hər gizli şeyi mühakimə edəcək...  (Vaiz, 12:14)
Tövratda Allahın tək qüdrət və iradə sahibi olması
Hər şeyə qüdrəti çatana biz çata bilmərik. Qüdrəti  ucadır… (Əyyub, 37:23)
              O, kimisini yoxsul, kimisini zəngin edər. Kimisini  alçaldar, kimisini yüksəldər. (1 Şamuel, 2:7)
              Belə dedi: "Allahın adına əzəldən sonsuzadək  təriflər olsun! Müdriklik və qüdrət Ona məxsusdur. Odur zamanları və mövsümləri  dəyişdirən. Padşahları taxtdan endirər, taxta çıxarar. Müdriklərə müdriklik,  anlayışlı olanlara bilgi verər. Dərin və gizli şeyləri ortaya çıxarar,  qaranlıqda nələr olduğunu bilər…" (Daniel, 2:20-22)
              … Rəbb ona görünüb "Mən hər şeyə gücü çatan  Allaham" dedi, "Mənim yolumda get, qüsursuz ol". (Yaradılış,  17:1)
              Hər şeyə gücü çatan Allah səni müqəddəs hesab etsin,  xeyirli etsin, soyunu çoxaltsın; soyundan xalqlar törəsin. (Yaradılış, 28:3)
  "Mən hər şeyə gücü çatan Allaham" dedi…  (Yaradılış, 35:11)
              Hər şeyə gücü çatan Allah, adamın qəlbinə sizə qarşı  mərhəmət qoysun ki… (Yaradılış, 43:14)
              Amma sən səylə Allahı axtarıb hər şeyə gücü çatana  yalvarsan... (Əyyub, 8:5)
              Hər varlığın canı, bütün insanlığın nəfəsi Onun  əlindədir. (Əyyub, 12:10)
              Müdriklik və qüdrət Allaha məxsusdur, Ondadır öyüd və  ağıl. (Əyyub, 12:13)
              Ancaq bu sərvəti toplamaq qabiliyyətini sizə verənin  Allahınız Rəbb olduğunu xatırlayın... (Qanunun təkrarı, 8:18)
              Onun dağıtdığı düzəldilə bilməz, Onun həbs etdiyi adam  azad ola bilməz. Suları kəssə, quraqlıq olar; göndərsə, dünyanı sel basar. Güc  və zəfər Ona aiddir… Qaranlıqların dərin sirlərini açar, ölüm kölgəsini  işıqlığa çıxarar. Xalqları böyüdər, xalqları yox edər, xalqları çoxaldar,  xalqları sürgün edər. (Əyyub, 12:14-16; 22-23)
              Ey hakim Rəbb… Göydə və yerdə Sənin etdiyin uca işləri  edə biləcək başqa bir Allah yoxdur! (Qanunun təkrarı, 3:24)
              O zaman Əyyub…: "Sənin hər şeyi edə biləcəyini  bilirəm, heç bir məqsədinə maneə ola bilməz". (Əyyub, 42:1-2)
              Sənin kimisi yoxdur… Sən böyüksən, adın da böyükdür  gücün sayəsində. (Yeremya, 10:6)
              … Dağlara quruluş verən, küləyi yaradan, niyyətini  insana bildirən, şəfəqi qaranlığa çevirən… bax, Odur; Onun Adı Rəbb, hər şeyə  hakim Allahdır. (Amos, 4:13)
              Ülkər və Orion bürclərini yaradan, zülmət qaranlığı  səhərə çevirən, gündüzü gecə ilə qaraldan, dəniz sularını gətirib yer üzünə  tökənin Adı Rəbbdir. (Amos, 5:8)
Tövratda Allahın insana ruh verməsi
Halbuki insana ruh, hər şeyə gücü çatanın nəfəsi ağıl  verər. (Əyyub, 32:8)
              ... Hər şeyə gücü çatanın nəfəsi (ruhu) həyat verir  mənə. (Əyyub, 33:4)
              Torpaq gəldiyi yerə dönmədən, ruh onu verən Allaha  dönmədən, səni yaradanı xatırla. (Vaiz, 12:7)
              Göyləri yaradıb genişləndirən, yer üzünü və məhsulunu  sərən, dünyadakı insanlara nəfəs, orada yaşayanlara ruh verən Rəbb Allah deyir  ki. (Yeşaya, 42:5)
              Hakim Rəbb bu sümüklərə belə deyir: "İçinə ruh  qoyacağam, canlanacaqsınız". (Yezekel, 37:5)
              Sizə əzələlər verəcək, üzərinizdə ət yaradacağam, sizi  dəri ilə örtəcəyəm. İçinə ruh qoyacağam, canlanacaqsınız. O zaman Mənim Rəbb  olduğumu anlayacaqsınız. (Yezekel, 37:6)
              … Mən Rəbbin ruhu ilə və güc, ədalət və cəsarətlə  zinətləndim. (Mikeya, 3:8)
              Sizə yeni bir ürək verəcək, ona yeni bir ruh  qoyacağam. İçinizdəki daşdan ürəyi çıxaracaq, sizə ətdən bir ürək verəcəyəm.  Ruhumu ona qoyacağam; qaydalarımı izləməyinizi, buyruqlarıma uyub onları  tətbiqinizi təmin edəcəyəm. (Yezekel, 36:26-27)
Tövratda Allahın sonsuz ədalət sahibi olması
"Buna görə ey ağıllı insanlar, məni dinləyin!  Allah pislik edərmi, hər şeyə gücü çatan haqsızlıq edərmi? Əsla!" (Əyyub,  34:10)
              Allah qətiyyən pislik etməz, hər şeyə gücü çatan  ədaləti sapdırmaz. (Əyyub, 34:12)
              Hər şeyə gücü çatana biz çata bilmərik. Gücü ucadır,  ədaləti və bənzərsiz doğruluğu ilə kimsəni əzməz. (Əyyub, 37:23)
              Rəbb bütün düşkünləri haqq və ədalətə qovuşdurar. (Zəbur,  103:6)
              … Rəb ucadır… ədalət və düzgünlüklə doldurar. (Yeşaya,  33:5)
              Hökmdarın gözünə girmək istəyən çoxdur, amma Rəbbdir  insanı ədalətə qovuşduran. (Süleymanın məsəlləri, 29:26)
              … İşləri qüsursuzdur, bütün yolları doğrudur. O,  haqsızlıq etməyən, etibarlı Allahdır. Doğru və ədalətlidir. (Qanunun təkrarı,  32:4)
  "Rəb doğrudur!... Onda haqsızlıq olmaz!"  deyə eşitdirəcəklər. (Zəbur, 92:15)
  "Çünki Mən Rəbb ədaləti sevirəm, nifrət edirəm  soyğun və haqsızlıqdan…" (Yeşaya, 61:8)
              Amma Rəbb Özündən qorxanları sonsuza qədər sevər, razılaşmasına  uyan və buyruqlarına tabe olmağı xatırlayan soylarına (Allahın əmrlərinə uyan,  sadiq olanlara) ədalətli davranar. (Zəbur, 103:17-18)
              Yenə də Rəbb sizə lütf etməyi həsrətlə gözləyir, sizə  mərhəmət göstərmək üçün çalışır. Çünki Rəbb ədalətli Allahdır. Nə xoş Onu  həsrətlə gözləyənlərə! (Yeşaya, 30:18)
              … İşləri qüsursuzdur, bütün yolları doğrudur. O,  haqsızlıq etməyən etibarlı Allahdır. Doğru və ədalətlidir. (Qanunun təkrarı,  32:4)
              Başımıza gələn bütün hadisələrdə Sən həmişə ədalətli  davrandın, doğru olanı etdin, biz isə pislik etdik. (Nehemya, 9:33)
              ... Sevinciniz sonsuz olacaq. Çünki Mən Rəbb ədaləti  sevirəm... (Yeşaya, 61:7-8)
              Rəbb belə deyir: "Müdrik adam müdrikliyi ilə,  güclü adam gücü ilə, zəngin adam zənginliyi ilə öyünməsin. Dünyada yaxşılıq  edənin, ədaləti, doğruluğu təmin edənin Mən Rəbb olduğumu anlamaqla və Məni  tanımaqla öyünsün öyünən. Çünki Mən bunlardan xoşlanıram" deyir Rəbb.  (Yeremya, 9:23-24)
              Ədalətlə mühakimə edən, qəlbi və fikiri sınayan, Hər  şeyə hakim Rəbb, iddiamı Sənin əlinə (təqdirinə, qüdrətinə) buraxıram...  (Yeremya, 11:20)
              Amma hər şeyə hakim Rəbb ədalətindən ötrü  ucaldılacaq... (Yeşaya, 5:16)
              Ədalətin sonsuza qədər doğrudur, Qanunun həqiqidir. (Zəbur,  119:142)
              Sevgi və ədalətini tərənnümlə xatırlayacağam, Səni  ilahilərlə tərifləyəcəyəm ya Rəbb. (Zəbur, 101:1)
              Xalqlara "Rəbb hökmranlıq edir" deyin. Dünya  möhkəm qurulmuşdur, sarsılmaz. O, xalqları ədalətlə mühakimə edir... Dünyanı  ədalətlə, xalqları Öz həqiqəti ilə idarə edəcək. (Zəbur, 96:10-13)
              Ya Rəbb, Sənə sığınıram. Utandırma məni heç vaxt!  Ədalətinlə qurtar məni! (Zəbur, 31:1)
              Doğruluğu, ədaləti sevər; Rəbbin sevgisi yer üzünü  doldurar. (Zəbur, 33:5)
              Ey ədalətli Allahım! Pislərin pisliyi sona çatsın,  doğrular güvənliyə qovuşsun… Allah ədalətli bir hakimdir (ədalətlə hökm  verəndir)… (Nehemya, 7:9-11)
              … Məndən başqa Allah yoxdur, ədalətli Allah və  xilaskar Mənəm. Yoxdur Məndən başqası. (Yeşaya 45:21)
              … Allahımız Rəbb etdiyi hər şeydə ədalətlidir. Biz isə  Onun sözünə qulaq asmadıq. (Daniel, 9:14)
              Müdrik adam  qavrasın bunları, anlayan anlasın. Çünki Rəbbin yolları ədalətlidir; bu  yollarda getsə, düzələr; amma baş qaldıranlar bu yollarda səndələyər. (Huşə,  14:9)
              Rəbb bütün davranışlarında ədalətli, gördüyü bütün  işlərdə mehribandır. (Zəbur, 145:17)
              Şükür edəcəyəm Sənə təmiz qəlblə, ədalətli hökmlərini  öyrəndikcə. Qaydalarını yerinə yetirəcəyəm… (Zəbur, 119:7)
              Bilirəm ya Rəbb, hökmlərin ədalətlidir… Ədalətli  hökmlərini izləyəcəyəmə and içdim, andımı tutacağam. (Zəbur, 119:75, 106)
              Sən ədalətlisən ya Rəbb, hökmlərin doğrudur.  Buyurduğun nəsihətlər doğru və tam etibarlıdır… Ədalətin sonsuza qədər  doğrudur, Qanunun gerçəkdir. (Zəbur, 119:137-142)
              Doğruluğun ulu dağlara bənzəyir, ədalətin  ucsuz-bucaqsız dənizlərə. İnsanı da, heyvanı da qoruyan Sənsən ya Rəbb. (Zəbur,  36:6)
              Etdiyi hər işdə sadiq və ədalətlidir, bütün şərtləri  etibarlıdır; sonsuzadək sürər, sədaqət və düzgünlüklə edilər. (Zəbur, 111:7-8)
              Rəbb lütfkar və ədalətlidir, mehribandır Allahımız. (Zəbur,  116:5)
Tövratda Allahın sevən, mərhəmət sahibi və bağışlayan olması
Amma Sən bağışlayansan… (Zəbur, 130:4)
              Bəlkə… pis yolundan dönər; Mən də günahlarını  bağışlayaram. (Yeremya, 36:3)
              Sənə qarşı gəldiyimiz halda, Sən acıyan, bağışlayan  Allahımız Rəbbsən. (Daniel, 9:9)
              Sən yaxşı və bağışlayansan ya Rəbb, Sənə yalvaran hər  kəsə bol sevgi göstərərsən. (Zəbur, 86:5)
              Yenə də Allah mehriban idi, günahlarını bağışlayır,  onları yox etmirdi… (Zəbur, 78:38)
              Söz dinləmək istəmədilər, aralarında yaratdığın  möcüzələri unutdular. Dikbaşlıq etdilər, köhnə köləlik həyatlarına dönmək üçün  özlərinə bir öndər taparaq baş qaldırdılar. Amma Sən bağışlayan, yaxşılıq edən,  acıyan… sevgisi hədsiz  Allahsan. Onları  tərk etmədin. (Nehemya, 9:17)
              Rəbb… sevgisi hədsizdir, günahı və üsyanı bağışlayar.  Ancaq günahkarı cəzasız buraxmaz… (Səhrada saylar, 14:18)
              Minlərlə insana sevgi göstərər, üsyanlarını,  günahlarını bağışlayaram. Heç bir günahı cəzasız buraxmaram… (Misirdən çıxış,  34:7)
              Bütün günahlarını bağışlayan, bütün xəstəliklərini  sağaldan... (Zəbur, 103:3)
              … Rəbb də Özündən qorxanlara elə mehriban davranar. (Zəbur,  103:13)
              Rəbb mehriban və lütf edəndir… sevgisi hədsizdir…  göylər yer üzündən nə qədər yüksək isə, Özündən qorxanlara qarşı sevgisi də o  qədər böyükdür. (Zəbur, 103:8-11)
              Rəbb lütfkar və mehribandır… Sevgisi hədsizdir. Rəbb  hamıya yaxşı davranır, mehribanlığı bütün əsərlərini əhatə edir. (Zəbur,  145:8-9)
              Ya Rəbb, xalqları həqiqətən sevirsən… (Qanunun təkrarı,  33:3)
              Rəbbi sevin, ey Onun sadiq qulları! Rəbb Özünə bağlı  olanları qoruyar, böyüklük edənlərin isə cəzasını verər. (Zəbur, 31:23)
              Sığınacağım Sənsən, məni çətinlikdən qoruyub ətrafımı  qurtuluş ilahiləri ilə əhatə edərsən. (Zəbur, 32:7)
              Qoruyar Rəbb, yaşadar onu, ölkədə xoşbəxt edər,  buraxmaz düşmənlərinin əlinə. (Zəbur, 41:2)
              Ey sizlər, Rəbbi sevənlər, pislikdən çəkinin. O, sadiq  qullarının canını qoruyar, onları pislərin əlindən qurtarar. (Zəbur, 97:10)
              Rəbb lütfkar və ədalətlidir, mehribandır Allahımız.  Rəbb təmiz insanları qoruyar, tükəndiyim zaman məni qurtardı. (Zəbur, 116:5-6)
              Rəbb hər pislikdən səni qoruyar, əsirgəyər canını. (Zəbur,  121:7)
              Çətinliyə düşsəm, məni qoruyar… məni qurtarar. (Zəbur,  138:7)
              Rəbb qoruyur Özünü sevən hər kəsi, yox edər pislərin  hamısını. (Zəbur, 145:20)
              Rəbb qəribləri qoruyar; yetimə, dul qadına kömək edər,  pislərin yolunu isə sapdırar. (Zəbur, 146:9)
              Ədalətli olanların addımlarını qoruyar, sadiq  qullarının yolunu güdər. (Süleymanın məsəlləri, 2:8)
              Rəbb yaxşıdır, sığınacaqdır çətinlik anında. Qoruyar  Özünə sığınanları. (Nahum, 1:7)
              Günahlarını gizləyən müvəffəqiyyətli olmaz, etiraf  edib tərk edən isə mərhəmət tapar. (Süleymanın məsəlləri, 28:13)
              Çünki onlara mərhəmət edən özlərinə yol göstərəcək və  onları bulaqlara aparacaq. (Yeşaya, 49:10)
              Ey göylər, sevinclə səslənin, nəşə ilə coş ey yer üzü!  Ey dağlar, sevinc səslərinə qatılın, çünki Rəbb xalqına təskinlik verəcək,  əzilənə mərhəmət göstərəcək. (Yeşaya, 49:13)
              Pis adam yolunu, fəsadçı niyyətini buraxsın; Rəbbə  dönsün, mərhəmət tapar, Allahımıza dönsün, bol-bol bağışlanar. (Yeşaya, 55:7)
              Çünki Rəbb kimsəni sonsuza qədər geri çevirməz. Dərd  versə də, böyük sevgisindən ötrü yenə mərhəmət edər. (Mərsiyələr, 3:31-32)
              Rəbbin sevgisi heç tükənməz, mərhəməti əsla sona  çatmaz; (Mərsiyələr, 3:22)
              Doğruluğu, ədaləti sevər, Rəbbin sevgisi yer üzünü  doldurar. (Zəbur, 33:5)
              Rəbbə şükür edin, çünki O, yaxşıdır, sevgisi  sonsuzdur. (1 Salnamələr, 16:34)
              Halbuki Sən ya Rəbb, mehriban, lütf edən... sevgisi və  sədaqəti bol, bir (olan) Allahsan. (Zəbur, 86:15)
              ... “Mən mehribanam” deyir Rəbb... (Yeremya, 3:12)
              Rəbb bütün davranışlarında ədalətli, etdiyi bütün  işlərdə mehribandır. Rəbb Özünə yalvaran, səmimiyyətlə yalvaran hər kəsə  yaxındır. (Zəbur, 145:17-18)
              Mənə lütflə bax, Adını sevənlərə həmişə etdiyin  kimi... Çox mehribansan ya Rəbb, hökmlərinə görə qoru məni. (Zəbur, 119:132,  156)
              Rəbb unudulmaz möcüzələr yaratdı; O, mehriban və lütf  edəndir. (Zəbur, 111:4)
              Çünki Sən doğru adamı müqəddəs hesab edirsən ya Rəbb,  ətrafını qalxan kimi lütfünlə sararsan. (Zəbur, 5:12)
              … Allahınız Rəbb sizi sevir. (Qanunun təkrarı, 23:5)
              Çünki bizə bəslədiyi sevgi böyükdür, Rəbbin sədaqəti  sonsuzadək sürər. Rəbbə təriflər deyin! (Zəbur, 117:2)
              … Rəbb lütf edər, acıyar... Sevgisi hədsizdir...  (Yoel, 2:13) 
Tövratda Allahın hər an hər yerdə olması
Sənə güclü və ürəkli ol demədimmi? Qorxma,  çəkinmə. Çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlə birlikdə olacaq. (Yeşua,  1:9)
              ... Getdiyim hər yerdə mənimlə birlikdə  olan Allaha... (Yaradılış, 35:3)
              ... "İşi davam etdirin. Çünki Mən  sizinlə birlikdəyəm". Belə deyir hər şeyə hakim Rəbb. (Haqqay, 2:4)
              Yusifi tutub zindana, padşahın  məhbuslarının bağlı olduğu yerə atdı. Amma Yusif zindanda ikən Rəbb onunla  birlikdə idi... (Yaradılış 39, 20-21)
              Çünki Rəbb Yusiflə birlikdə idi və etdiyi  hər işdə onu müvəffəqiyyətli edirdi. (Yaradılış, 39:23)
              … Ya Rəbb, məni hər tərəfdən əhatə etdin… (Zəbur,  139:4-5)
              … İbrahimə "Etdiyin hər şeydə Allah  səninlədir" dedilər. (Yaradılış, 21:22)
              Rəbb onunla birlikdə idi. Etdiyi hər işdə  müvəffəqiyyətli oldu… (2 Padşahlar, 18:7)
              Davud getdikcə güclənirdi. Çünki hər şeyə  hakim Rəbb onunla idi. (1 Salnamələr, 11:9)
              Şamuel böyüyərkən Rəbb onunla birlikdə  idi... (1 Şamuel, 3:19)
              Haqqımdakı düşüncələrin necə dəyərlidir ey  Allah, sayları nə çoxdur! Qum dənələrindən  çoxdur, saymağa çalışsam. Oyanıram, yenə Səninləyəm. (Zəbur, 139:17-18)
              … Çünki Allahı, hər yandan onu xoşbəxtliklə  əhatə etmişdi. (2 Salnamələr, 20:30)
              … Rəbbi istəklə axtarıb tapdılar. O da  onları hər yandan xoşbəxtliklə əhatə etdi. (2 Salnamələr, 15:15)
              Rəbb onunla birlikdə olduğundan etdiyi hər  işdə müvəffəqiyyətli idi. (1 Şamuel, 18:14)
Tövratda Allahın ruzi verən olması
Budur, yer üzündə toxum verən hər otu,  toxumu meyvəsində olan hər meyvə ağacını sizə verirəm. Bunlar sizə yemək  olacaq. (Yaradılış, 1:29)
  "Vəhşi heyvanlara, göydəki quşlara,  sürünənlərə (nəfəs alıb-verən bütün heyvanlara) yemək olaraq yaşıl otları  verirəm"... (Yaradılış, 1:30)
              Bütün canlılar sizə yemək olacaq. Yaşıl  bitkilər kimi, hamısını sizə verirəm. (Yaradılış, 9:3)
              Yetimlərin, dul qadınların haqqını güdər. Qəribləri  sevər, onları yeməklə, geyimlə təmin edər. (Qanunun təkrarı, 10:18)
              Bütün canlılara yemək verənə sevgisi  sonsuzdur; şükür edin göylərin Allahına, sevgisi sonsuzdur. (Zəbur, 136:25-26)
              Odur göyləri buludlarla örtən, yer üzünə  yağış yağdıran, dağlarda ot bitirən. O, yemək verər heyvanlara, qarıldaşan  quzğun balalarına. (Zəbur, 147:8-9)
              … Susadıqlarında onlara su verdin. Qırx il  onları səhrada bəslədin. Heç korluq çəkmədilər… Gözəl əşyalarla dolu evlərə,  qazılmış su anbarlarına, bağlara, zeytunluqlara, çoxlu meyvə ağacına sahib  oldular. Yedilər, doydular, bəsləndilər və onlara etdiyin böyük yaxşılıqlara  sevindilər. (Nehemya, 9:20-21, 25)
              Rəbb unudulmaz möcüzələr yaratdı; O,  mehriban və lütf edəndir. Özündən qorxanları bəsləyər (ruzi verər)... (Zəbur,  111:4-5)
Tövratda Allahın hakimliyinin hər şeyi əhatə etməsi
Göylər də, göylərin göyləri də, yer üzü və  içindəki hər şey  Allahınız Rəbbindir. (Qanunun  təkrarı, 10:14)
              Allahımız Rəbb Odur, mühakimələri bütün yer  üzünü əhatə edər. (1 Salnamələr, 16:14; Zəbur, 105:7)
              Göylərə çıxsam, oradasan; ölülər diyarına  (cəhənnəmə) yataq sərsəm, yenə oradasan. Səhərin qanadlarını alıb uçsam,  dənizin kənarına qonsam, orada belə əlin yol göstərər mənə… (Zəbur, 139:8-10)
              Məni hər tərəfdən əhatə etdin, əlini  üzərimə qoydun. (Zəbur, 139:5)
              Ya Rəbb, böyüklük, güc, ucalıq, zəfər və əzəmət  Sənindir. Göydə və yerdə olan hər şey Sənindir. Hökmranlıq Sənindir ya Rəbb!  Sən hər şeydən ucasan. Zənginlik və şərəf Səndən gələr. Hər şeyə hakimsən. Güc  və səlahiyyət Sənin əlindədir. Birini yüksəltmək və gücləndirmək Sənin əlindədir.  (1 Salnamələr, 29:11-12)
              O qurtarar, O yaşadar; göydə də yerdə də  əlamətlər yaradar, heyran edici  işlər  görər. (Daniel, 6:27)
              Gücü ilə yer üzünü yaradan, müdrikliyi ilə  dünyanı quran, ağlı ilə göyləri yayan Rəbbdir. (Yeremya, 10:12)
              Ey hakimimiz Rəbb, nə uca Adın var bütün  yer üzündə! Səmanı əzəmətinlə örtdün. (Zəbur, 8:1)
              İşığı formalaşdıran, qaranlığı yaradan,  xoşbəxtlik və fəlakəti yaradan, bütün bunları edən Rəbb Mənəm. (Yeşaya, 45:7)
              … Allahınız Rəbb həm yuxarıda göylərdə, həm  də aşağıda yer üzündə Allahdır. (Yeşua, 2:11)
Tövratda Allahın hər cür nöqsandan münəzzəh olması
Sığınacağın dövrlər boyu var olan Allahdır,  səni daşıyan Onun yorulmaz qollarıdır… (Qanunun təkrarı, 33:27)
            Bilmirsənmi? Eşitmədinmi? Əbədi Allah,  Rəbb, bütün dünyanı yaradan nə yorular, nə də zəifləyər; Onun bilgisi  qavranmaz. (Yeşaya, 40:28)
